Bloq

  • Düzgün qaçmaq üçün əsas vasitə düzgün seçilmiş ayaqqabıdır. Qaçanda insan skeleti sərt səthlə təmas edərək zərbələrə məruz qalır. Çəki artdıqca zərbənin gücü də artır, onurğa və oynaqlara ciddi ziyan dəyir. Ona görə də aparıcı idman ayaqqabısı istehsalçıları öz məhsullarında xüsusi amortizasiya sistemləri tətbiq edir. İndi sizinlə bu texnologiyaların ən məşhurları barədə söhbət edəcəyik. Ən populyar “texnoloji brendlər”dən biri yapon markası ASICS son 15 ildə hər növ qaçışla məşğul olanlar üçün ayaqqabılar hazırlayır. ASICS-in patentləşdirdiyi xüsusi GEL-i ayaqqabının içinə yerləşdirilir, zərbənin udulmasını və sərt səthlərə yüngül enişi təmin edir. Mizuno-nun qaçış ayaqqabıları isə Wave (Dalğa) texnologiyası ilə hazırlanır. Dabanda yerləşdirilmiş dalğavari konstruksiya zərbəni əvvəlcədən udur, ayağa əlavə təkan verir və stabilləşdirərək önə istiqamətləndirir. Nike brendinin isə özünün Air (yəni Hava) texnologiyası var. Nike ayaqqabının altında yerləşən xüsusi Hava kameralarından istifadə edir. Bu zərbələrin təsirini yumşaldır. Özünüzə uyğun qaçış ayaqqabısını seçmək və texnologiyalar barədə öyrənmək üçün United Sport mağazalarına yaxınlaşa bilərsiniz. Hamısı bir yerdə US - birləşmiş idman malları. 40-dan çox aparıcı idman brendlərinin Azərbaycanda rəsmi satışını həyata keçirən United Sport mağazalar şəbəkəsinin Youtube kanalı. Təklif etdiyimiz mallarda istifadə olunan texnologiyalar və yenilikləri buradan da öyrənə bilərsiniz. Nike, Adidas, Le Coq Sportif, Asics, Mizuno, Champion, Ellesse, Kelme, Spalding, Babolat, The North Face, Powerslide, Emporio Armani EA7, Hammer, Finnlo, Reebok, STİGA, Everlast, Scott, Bianchi, Shimano, Focus, Pinarello, Cannondale ve sairə brendlərin orijinal malları ilə mağazalarımızda tanış olun.

  • Gəlin The North Face bel çantalarından danışaq. Öncədən alpinistlər üçün nəzərdə tutulduğuna görə çantaların öz çəkisi maksimum yüngül olur - 380 qramdan başlayır. Material isə möhkəm və suyadavamlıdır. Çoxfunksiyalı TNF çantaları gündəlik həyatda da ideal variantdır. Çantaların bir neçə növü var: dağ, gəzinti, gündəlik və s. Qadınlar və kişilər üçün çantalar fərqi çiyinlik arasındakı məsafəsindədir. Bunların hamısında olan ortaq xüsusiyyətlərlə tanış olaq.

    • Əsas bölmənin tutumu 27 litrdən 65 litrədək olur

    • Yumşaq bölmə notbuku zərbələrdən qoruyur.

    • Planşet üçün əlavə bölmə var var.

    • Zəncirbəndli əlavə ciblər hard-disk, pulqabı, açar və s. üçündür.

    • Yanlarda suqabı üçün tor və ya parçadan iki cib olur.

    • Çiyinliklərdə barmaq üçün rahat yastıqçalar, gün eynəyi üçün ilgəklər var.

    • Sinə kəməri tənzimlənir və təhlükə anında istifadə etmək üçün fiti var.

    • Müxtəlif yerlərdəki ilgəklər və kəmərlər işığı 360 dərəcə əks etdirərək çantanın qaranlıqda hər tərəfdən görünməsini təmin edir.

    • Lash tap və ya pig nose adlı hissə də ipli əşyaları asmaq üçündür.

    Nisbətən yuxarı modellərin xüsusiyyətləri:

    • Çantanın ön hissəsində kəsişən bendc-bağlardan gödəkcə və ya şlem asa bilərsiniz.

    • Müxtəlif növ yükü və hətta çantanın özünü asa biləcəyiniz ilgəklər var.

    • FlexVent™ sistemli erqonomik kürək paneli və kəmərlərlə hava sirkulyasiyasını təmin edərək sizi tərlətməyəcək.

    • Xüsusi cib telefonunuzu sərt havadan qoruyur. Ən inkişaf etmiş modellərdə isə: • Su keçirməyən zəncirbənd

    • PowerBank

    • Noutbuk üçün ayrıca bölmə ola bilir.

    TNF çantalarının keyfiyyətinə ömürlük zəmanət verir. Siz özünüzə uyğun modeli United Sport mağazalarında seçə bilərsiniz.

  • Roliklərin müxtəlif növləri var: aqressiv, fitness, sürətli və s. Bu videoda biz fitness roliklərindən bəhs edəcəyik. - Bu ən geniş yayılmış növdür. Əyləncəli və rahat sürüşdən tam zövq almaq üçün nəzərdə tutulub. - Onların əyləc sistemi daha çox dəstəyi, balansı və stabilliyi təmin edir. - Müasir üçtəkərli roliklərin təkərləri daha böyükdür və onlar daha sürətlidir. Çəkmənin növləri: Sərt və yumşaq, hündür və alçaq, həmçinin, materiala görə, plastik, karbon və s. olur. 1. Yumşaq: konstruksiya yüngülləşdirilib, yumşaq materialı var. 2. Sərt: üzəri sərt, içində isə çox vaxt çıxarılıb yuyula bilən içlik olur. Yaxşı möhkəmləndirilmiş, asan idarəolunandır. Təkərlərin növləri: - Diametrinə görə fərqlənir. 60-125 mm arası 9 ölçüdə müxtəlif təkərlər var. - Təkərlərin diametri artdıqca sürət yığması asanlaşır. - 80, 84 və 90 Orta ölçülülər fitnes, 76 və 72, 60 kiçik ölçülülər isə uşaq rolikləri üçün nəzərdə tutulub. - Böyük 100,110, 125 ölçülü təkərlər sürətli olur. - Təkərlərdə 78/80A yazılıbsa, birinci rəqəm diametri, ikinci rəqəm sərtlik dərəcəsini bildirir. - Gel ilə olan təkərlər isə yumşaqlığı, sürəti və səssizliyi təmin edir. Podşipnik: - Həm markasına, həm də dəqiqlik sinfinə görə fərqlənir. - ABEC-9, ABEC-7, ABEC-5 Podşipniklərin kodları rolikin sinfini bildirir. - Rəqəm artdıqca, roliklərin keyfiyyəti də artır. Özünüzə uyğun rolikləri bütün United Sport mağazalarında seçə bilərsiniz. Roliklərin qiyməti çox sərfəlidir. Profesional Roliklər

3 Item(s)

×

Registration

Qeydiyyatdan keçdiyiniz halda, istifadəçi qaydalarını qəbul etmiş olursunuz

və ya Daxil ol